Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Fransada təhkimçilik hüququ ləğv edilib (1789)

- Fransız yazıçı Gi de Mopassan anadan olub. Yazıçının "Həyat" romanı və əlliyə yaxın hekayəsi Azərbaycan dilinə tərcümə edilib (1850)

- ABŞ ordusunda bədən cəzası (şallaq) qadağan edilib (1861)

- İsgəndəriyyədə ilk ərəb qəzeti "Əl-Əhram" nəşrə başlayıb (1876)

- Alman filosof, nəzəriyyəçi Fridrix Engels vəfat edib (1895)

- Azərbaycanlı opera müğənnisi Məmmədtağı Bağırov anadan olub (1895)

- Azərbaycanlı cərrah, akademik Mustafa Topçubaşov anadan olub (1895)

- ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində dünyada ilk işıqforlar quraşıdırılıb (1914)

- Azərbaycanda hərbi-dəniz donanmasının yarandığı gündür. Həmin gün keçmiş Rusiya imperiyasının Xəzərdəki hərbi gəmilərinin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi-dəniz donanması təşkil olunub (1918)

- Türkiyədə çoxarvadlılıq qadağan edilib (1924)

- Azərbaycanlı coğrafiyaşünas, coğrafiya elmləri doktoru, professor Ramazan Tarverdiyev anadan olub (1928)

- Amerikalı astronavt Nil Olden Armstronq anadan olub (1930)

- Azərbaycanlı şair, publisist Məhərrəm Qasımlı anadan olub (1958)

- Burkina-Faso müstəqillik elan edib (1962)

- Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında Müqavilə imzalanıb (1997)

- İran İslam Respublikası İxracatın İnkişafı Bankı ilə Azərbaycan Respublikası arasında Bakı-Astara avtomobil yolunun bir hissəsinin maliyyələşdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb (2004)

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com