Vüqar Rəhimzadə: " Öz peşə maraqlarını avrolara, dollarlara satanlar reketçiliyə alışanlardır" - MÜNASİBƏT
2007-ci ildə Bakının mərkəzində yerləşən Sabir bağında icazəsiz aksiya keçirmək istəyən bir qrup müxalifətçi jurnalist "Yeni Müsavat" qəzetinin ofisində toplaşaraq, yenidən rəsmi şəkildə reketçilik üsuluna əl atıblar. Daha dəqiq desək, şantaj spesifikasına alışmış bu tiplər əllərində Avropa İnsan Haqları Məhkəməsini "əsas" tutaraq, yəni, bir növ şantaj xarakteri sərgiləyərək, hakimiyyətdən 40 min avro tələb edirlər. Əslində, bu kimi olayları müxalifətin qondarma jurnalistlərindən gözləmək və təəccüblənməmək lazımdır. Belə ki, bu cür hallar daha öncələr də baş vermişdi, nəticədə, həmin tipajların aşkar xislətləri, jurnalistikadan uzaq, şəxsi mənafe güdən hərəkətləri ifşa edilmişdi. Lakin sonradan yenidən bunların baş qaldırmaları sözün həqiqi mənasında, həm sağlam düşüncəli ictimaiyyəti, həm də jurnalist peşəsinə hörmət qoyan, bu peşəni sevən hər bir mətbuat nümayəndəsində ciddi hiddət və nifrət hissləri doğurur. Azərbaycançılıq, dövlətçilik maraqlarını pula-paraya satan belə üzdəiraqların ölkə jurnalistikasına üz qarası olmaları şübhəsizdir. Eyni zamanda, vurğulamaq mümkündür ki, belə çirkin addımların qarşısını almaq üçün ciddi tədbirlər görməyin vaxtı, zamanı çoxdan çatıb. Əgər indidən belə üz qarası, olan qondarma, şantajçı, əqidəsiz "jurnalistlərin"in qarşısı alınmasa, sabah daha acınacaqlı durumun yaranması baş verə bilər. Digər maraqlı nüanslardan biri də odur ki, nədənsə, bu cür halların baş verməsi məhz müxalifət düşərgəsinə aid olan adamlardan çıxır. İstər-istəməz sual yaranır ki, nəyə görə, onların müdafiəçiləri müxalifət mənsubları olur? Çünki sözügedən şantaj şakərlilərinin "Yeni Müsavat" qəzetinin ofisində toplanmaları hər şeyi aşkar şəkildə sərgiləyir. Bu, aksiomadır.
Mətbuat Şurasının idarə heyətinin üzvü, şuranın reketçiliklə mübarizə komissiyasının sədri, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə məsələyə münasibət bildirərkən qeyd edib ki, əslində, müxalifətin mətbuatında belə adamların çıxması heç kimdə təəccüb hissləri doğurmamalıdır: "Zaman-zaman radikal düşərgədə təmsil olunan siyasi partiyalar tərəfindən də bu cür addımların atılması müşahidə edilir. Onların Avropa məhkəmələrinə müraciət etmələri sadəcə şəxsi mənafenin güdülməsindən, mənəviyyatsızlıqdan və ləyaqətsizlikdən qaynaqlanır. Ona görə də müxalifət düşərgəsi daxilindəki bütün sahələrdə, siyasiləşmiş QHT-lərdə, mətbuatda, ictimai birliklərində belə halların baş verməsi artıq ənənə şəklinə çevrilmişdir. Lakin heç bir əsas olmadan, hakimiyyətdən ayrı-ayrılıqda 40 min avro tələb etməyin heç bir məntiqi mənası və nəticəsi yoxdur. Bu KİV haqqında qanunun və jurnalistlərin peşə-davranış qaydalarının tələblərinə ziddir. Başqa cür desək, bu, reketçilikdir. Öz peşə maraqlarını avrolara, dollarlara reketçiliyə alışaraq dəyişənlərdir. Nə vaxtsa icazəsiz aksiya keçirmək istəyənlərin arzuları reallaşmayıbsa, buna hakimiyyət nə etməlidir? Əgər qanunlara hörmət qoymayıblarsa, bunun qarşısı qanuni olaraq alınıb. Bundan sonra hər hansı məhkməyə şikayət etməyi mənasız hesab etmək lazımdır. 40 min avroya gəlincə isə, bunlar açıq-aşkar yerli və xarici qüvvələrin sifarişlərini yerinə yetirdiklərinin nümayiş etdirirlər. Necə deyərlər, öz ifrat xəyanətkarlıqlarını utanıb-qızarmadan səsləndirirlər. Bu, yolverilməzdir və lazım gələrsə, belə addımların qarşısı qətiyyətlə alınacaq".
"Mətbuat Şurasının reketçiliklə mübarizə komissiyası hakimiyyət orqanlarından şantaj yolu ilə pul tələb edən jurnalistlərə qarşı inzibati cəza tətbiq edə bilərmi", - sualına cavab olaraq Vüqar Rəhimzadə bildirdi ki, əgər hər hansı bir hakimiyyət qurumundan bununla bağlı MŞ-yə müraciət olunsa, bununla bağlı tədbirlər görülə bilər.
RÖVŞƏN RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB