Xəzri küləyi meteohəssas insanlarda narahatlıq yaradacaq

Xəzri küləyi meteohəssas insanlarda narahatlıq yaradacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 5-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.
Rayonlarda sabah hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 26-31 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Yaxın 3 gün ərzində Abşeron yarımadasında havanın temperaturunun tədricən enərək iqlim normasına yaxınlaşması əksər meteohəssas insanlar üçün əlverişli olsa da davamlı olaraq əsən güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə