Təhmasib Novruzov: “Əli Kərimli, İsa Qəmbər kimi dağıdıcı qüvvələr bu forumun yaradılması ilə razılaşmırlar” - MÜSAHİBƏ (SƏS TV)

Təhmasib Novruzov: “Əli Kərimli, İsa Qəmbər kimi dağıdıcı qüvvələr bu forumun yaradılması ilə razılaşmırlar” - MÜSAHİBƏ (SƏS TV)

Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzovun SƏS TV-yə müsahibəsi:


- Bir vaxtlar birlikdə olduğunuz Qurban Məmmədovun təşkilatçılığı ilə Vətəndaş Hərəkatı Forumu yaradılır. Sizcə, bu forumun gələcək perspektivi varmı?

- Qurban Məmmədovu 1988-ci ilin sonlarından tanıyıram. Baxmayaraq ki, sonralar aramızda başqa qüvvələrin təsiri altında müəyyən narazılıqlar oldu. Lakin onun milli azadlıq hərəkatının işində xidmətləri danılmazdır. Onun yaratmaq istədiyi forumdan xəbərim var. Bu gün Azərbaycanda yaranan hər hansı bir forum xalqın problemlərini öyrənib onların həlli istiqamətində işlər görüləcəksə, o zaman bu forum nəyəsə nail ola bilər. Biz artıq inqilab, çevriliş düşüncələrindən kənarlaşmalıyıq. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq elə mövqe tutmalıyıq ki, xalqın rifahı istiqamətində daha çox işlər görək. Əgər kimsə xaricdən vəsait alıb, sonra isə hər şeyi sırf öz xeyrinə edirsə, o zaman onun da aqibəti digərləri kimi olacaq. Çünki heç kim pulu elə belə vermir. İstərdim ki, Q.Məmmədov sırf Azərbaycan naminə iş görsün. Azadlıq Hərəkatçılar Birliyi olaraq bunun tərəfdarıyıq.


- Radikal müxalifət təmsilçilərindən olan AXCP və Müsavatın Vətəndaş Hərəkatı Forumuna qoşulmaması müxalifətin birlik modelinin qeyri-mümkünlüyünü ortaya qoymur ki?

- Əli Kərimli, İsa Qəmbər kimi dağıdıcı qüvvələr bu forumun yaradılması ilə razılaşmırlar. Çünki onlar öz arzuladıqlarını burada görmürlər. Bütün bunları bir mənalı şəkildə rədd edirəm.


- Ümumiyyətlə, müxalifətin bir araya gələ bilməməsini xaricdən ayrılan maliyyə vəsaitinin bir neçə nəfərin öz aralarında bölüşdürə bilməmələri ilə əlaqələndirmək olarmı?

- Təbii ki, bu belədir. Bu gün Azərbaycanın nə prezidenti, nə də hər hansı çinli dövlət məmurları demir ki, Azərbaycanın hər bir şeyi öz yerindədir. Hər bir dövlətin müəyyən problemləri var. Müxalifətin fəaliyyəti sərbəstdir. Bu düşərgənin daxilində yeganə problem maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə əlaqədardır. Nə qədər ki, müxalifət üzünü xarici donorların əllərinə dikəcək, o zaman problemlər həll olunmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə