Rayonlarda quduzlaşma baş alıb gedir

Rayonlarda quduzlaşma baş alıb gedir
Bölgələrdə mal-qara arasında quduzluq xəstəliyi yayılıb. Hazırda Şəki, Zaqatala, Siyəzəndəki təsərrüfatlarda yaranmış acınacaqlı vəziyyət son vaxtlar xeyli sayda mal-qaranın tələfatına səbəb olur. Məlumatı SİA-ya Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolcu Xanvəli verib: "Mal-qara arasında quduzluğun artmasına səbəb vəhşi heyvanların ev heyvanlarına hücum etməsidir. Bu halların sayı artdığına görə, mal-qara arasında tələfat çoxalıb. Dünən Siyəzəndə aparılan müayinələr zamanı daha bir baş heyvanda quduzluq tapılıb. Hazırda baytar həkimlər tərəfindən yerlərdə müayinələr davam edir və quduzluq aşkarlanan heyvanlara qarşı tədbirlər görülür. Qeyd edim ki, vaksinasiya dövlət tərəfində ayrılmış vəsait hesabına təmənnasız aparılır. Təsərrüfat sahibləri heyvanda quduzlaşma hiss olunan kimi baytarlara müraciət etməlidirlər. Əgər yaralar baş nahiyəsi, daha dəqiq desək beyninə hissəsinə yaxın deyilsə heyvanı xilas etmək olur. Aşağı ətrafda olan xəsarətlər zamanı heyvan vaksinasiya olunur və sağalır".

Y. Xanvəli quduzluğa yoluxmuş heyvanın təhlükəli olduğunu və məhv edildikdən sonra basdırıldığını deyib. Onu da əlavə edib ki, Dövlət Baytarlıq Xidməti mal-qaranı vəhşi heyvanların hücumundan qorumaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirlinə müraciət edib



Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com