İsveçin baş naziri Fredrik Reynfeldtin böyük oğlu 18 yaşlı Qustav "McDonald\'s"a işə düzəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu baş nazirin oğlu öz Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb: "McDonald\'s"a işə düzəldim. Bir az pul qazanım. Çox sevinirəm. Mənə baş çəkin və məndən hamburger alın".
"McDonald\'s" rəhbərliyinin məsələyə münasibəti də maraqlıdır: "İşçilərimizin kim olduğu, onların adları bizi maraqlandırmır. Qustav bizim ailənin üzvünə çevrilib. Əməkdaşlarımız haqda şərh vermirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB