Ramazan təqvimi (4 avqust)

Bu gün 11 ayın sultanı olan Ramazan ayının dördüncü günüdür. SİA-nın xəbərinə görə, bu gün imsaq: 05:20, iftar isə 21:08-dədir. Orucluq ayının dördüncü günün duası belədir: "İlahi, bu ayda mənə Sənin (oruc tutmaq barədə) əmrini yerinə yetirmək üçün qüvvət ver. Səni zikr etməyin şirinliyini mənə dadızdır, səxavətinə görə Sənə şükr etməyə məni ruhlandır. Məni bu ayda Özün hifz etdiyin (qadadan-bəladan) saxladığın kimi hifz et, ey Bəsirətlə nəzər edən Allah!"

Ayə: "Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!".("Maidə" surəsi, ayə 89)

Hədis: "Ramazan ayının gündüz və gecəsində Qurani-Kərimdən bir ayət oxuyana, hər hərfi üçün bir şəhid savabı verilər".

Bütün xəbərlər Facebook səhifəmizdə