"Kazbegi Azərbaycan" MMC-nin Azərbaycana idxal etdiyi içkilərdə maya və kif göbələkləri normadan artıq müəyyən edilib. SİA-nən məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi "Kazbegi Azərbaycan" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunan "İce Tea" nişanlı moruq və şaftalı ətirli alkoqolsuz içkilərdən (istehsalçı Gürcüstanın "Kazbegi1881"MMC) nümunə götürərək keyfiyyət və təhlükəsizliyini yoxlamaq məqsədilə Komitənin Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına verib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, sınaq nəticələrinə əsasən yoxlanmış məhsullar maya və kif göbələklərinin sayına görə normativ sənədin tələblərinə cavab verməyib.
Müəyyən edilmiş faktla bağlı müəssisəyə iradnamə və məhsul partiyalarının satışını qadagan edən tələbnamə verilib, həmçinin istifadəyə yararsız məhsulların məhv edilməsinə dair qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB