Ziya Şixlınski: \"“Mənim zəhmətimi dəyərləndirdiyi üçün Prezidentimizə minnətdarlığımı bildirmək istəyirəm\" - MÜNASİBƏT (SəsTV)

Xəbər verdiyimiz kimi, Milli Kino Günü ərəfəsində cənab prezident bir qrup kino xadimlərinə fəxri adlar verib. Bunların arasında tanınmış kinorejissor Ziya Şixlınski də var və o, \"Əməkdar incənət xadimi\" adına layiq görülüb. Ziya Şixlınski cənab Prezidentin mədəniyyət işçilərinə göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürlərini bildirib və fikirlərini SİA ilə bölüşüb.

"Mən bu adı verdiyi üçün Prezidentimizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bu il prezident İlham Əliyevin 50 illik yubileyi olacaq, mənim isə 60 illik yubileyim olub. Belə çıxır ki, bu il yubiley ilində cənab prezident mənə bu fəxri adı verib. Mən də bunun üçün cənab prezidentə öz təşəkkür və minnətdarlığımı bildirirəm. Ulu öndər Heydər Əiyevin vaxtında - 70-ci illərdə bizim kinomuz yüksək inkişaf edib, "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Nəsimi", "Babək" və digər filmlər nəinki Azərbaycanda, hətta digər ölkələrdə də uğurla nümayiş etdirilib. Biz həmin zamanlarda arxamızda böyük şəxsiyyətin dayandığını hiss edirdik. Azərbaycan müstəqillik qazanandan, Heydər Əliyevin qayıdışından sonra kinoya göstərilən diqqət və qayğı daha da artdı. Hazırda Azərbaycan dövlətinin kino sahəsinin inkişafı ilə bağlı xüsusi siyasəti var. Bu gün ulu öndər Heydər Əliyevin siyasətini prezident İlham Əliyev uğurla davam etdirib, kinonun inkişafı ilə bağlı proqram qəbul olunub. Bu il bizim studiyada 5 bədii film çəkilir. Onun keyfiyyətinin necə olacağını zaman göstərəcək, amma inanırıq ki, uğurlar olacaq. Dövlət tərəfindən gənc nəsilə də göstərilən diqqət artırlır. Bir daha bu mükafata layiq görüldüyüm üçün minnətdarlığımı bildirirəm. Çünki diqqət, xüsusən yaşad olduqca insana lazımlıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə