Səftər Rəhimli: “Son zamanlar DAK-da baş verən hadisələr Sabir Rüstəmxanlı, Əjdər Tağızadə və Firudin Pərvizniyanın verdiyi yanlış qərarlarla bağlıdır” - MÜSAHİBƏ

Səftər Rəhimli: “Son zamanlar DAK-da baş verən hadisələr Sabir Rüstəmxanlı, Əjdər Tağızadə və Firudin Pərvizniyanın verdiyi yanlış qərarlarla bağlıdır” - MÜSAHİBƏ

Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü, DAK-ın Azərbaycan Nümayəndəliyinin sədri, DAK Qurultaya Hazırlıq Təşkilat Komitəsinin üzvü Səftər Rəhimlinin SİA-ya müsahibəsi

- Dünya Azərbaycanlıları Konqresinin daxilində nələr baş verir? Parçalanmalar, qopmalar və iddialı çıxışlar nə ilə bağlıdır?

- Dünya Azərbaycanlıları Konqresi Azərbaycanın ilk beynəlxalq təşkilatıdır. Təşkilat 1997-ci ildə Amerikanın Los-Anceles şəhərində yaranıb. Onun yaranmasında məqsəd dünyada yaşayan azərbaycanlıların təşkilatlanaraq diaspor və lobbiçilik işinə cəlb olunması, yenicə müstəqilliyini qazanan Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə, beynəlxalq qurumlara, digər dövlətlərin parlamentinə çatdırılması, bölgədə baş verən tarixi ədalətsizliyin ortadan qalxması ilə bağlı fəaliyyətlərini aparmaq idi. DAK demokratik bir qurumdur və onun daxilində kifayət qədər mütərəqqi insanlar var ki, DAK-ın nizamnaməsi və konqresdə demokratiyanın qorunması ilə bağlı həmişə bu mövzuda çıxış ediblər. Son zamanlar DAK-da baş verən hadisələr DAK həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniya və Daimi Şuranın sədri Əjdər Tağızadənin verdiyi yanlış qərarlarla bağlıdır. Bildiyiniz kimi, iyunun 17-də Azərbaycan mətbuatında belə bir informasiya getdi ki, DAK-ın Azərbaycan Nümayəndəliyi ləğv olunur, onun fəaliyyəti dayandırılır. Biz də bununla bağlı İdarə Heyətinə müraciət etdik. İdarə Heyətindən bildirildi ki, bu qanunsuz verilən bir qərardır. Çünki DAK-ın Azərbaycan Nümayəndəliyinin ləğv olunması məsələsi yalnız qurultayın və İdarə Heyətinin səlahiyyətinə aid olan bir məsələdir. Həmsədrlərin DAK Azərbaycan Nümayəndə Heyətinin ləğv olunması və ya fəaliyyətinin dayandırılması ilə bağlı qərarı qeyri-qanunidir. Ilk öncə Sabir Rüstəmxanlının özü ilə əlaqə saxladım, lakin telefona cavab vermədi. Daha sonra Sabir bəyin yaxınları ilə əlaqə saxladım və cavab ala bilmədim. Amma onun köməkçisi Samir Əsədli ilə əlaqə saxladıq, o isə dedi ki, Sabir Rüstəmxanlı bunu 4 gün qabaq yazıb, Azərbaycanı tərk edəndən sonra onun mətbuata verilməsini deyib. Biz də Azərbaycan Nümayəndiliyinin ləğvi ilə İdarə Heyətinin üzvləri ilə görüşdük. Bu qanunsuz qərarla bağlı fikrimizin ifadə olunmasını istədik. Mirəşrəf Fətiyevin başçılığı, Oqtay Hüseynovun katibliyi DAK-ın İdarə Heyətinin növbədənkənar toplantısını çağırdıq. Bunu keçirməkdə məqsədimiz ondan ibarət idi ki, Azərbaycan nümayəndəliyi ilə bağlı DAK həmsədrlərinin veridyi qərara münasibət bildirək. Toplantı zamanı qərara alındı ki, DAK həmsədrləri nizamnaməni kobudcasına pozublar və onların səlahiyyətində olmayan məsələ ilə bağlı mətbuata informasiya veriblər. İdarə Heyəti üzvlərindən təklif olundu ki, həmsədrlərin və DAK Daimi Şurasının sədrinin bu fəaliyyəti ilə bağlı müzakirə eidlsin. Müzakirələrdə DAK həmsədrləinin bir sıra neqativ halları ortaya çıxdı. DAK Daimi Şurasının bir sıra neqativ məsələləri ortaya çıxandan sonra təklif olundu ki, DAK-ın İdarə Heyəti üzbvlərinin iştirakı ilə həmsədrlərin məsələsinə baxılsın. Baxıldıqdan sonra fəaliyyətləri qeyri-kafi qiymətləndirildi. DAK həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniyanın nizamnaməyə görə səlahiyyətləri əlindən alındı. Bunlar DAK İdarə Heyətinə tapşırıldı. DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin də fəaliyyətinə baxıldı və qərara alındı ki, onun da səlahiyyətləri qurultaya qədər saxlanılsın. Bununla yanaşı, nizamnaməyə görə onlara qarşı hansısa cəza tədbiri tətbiq edilməsi irəli sürüldü və bunun nəticəsində onlara qarşı töhmət verildi. Bundan başqa, DAK İdarə Heyəti növbədənkənar qurultayı müzakirə etdi. Bu toplantıda münbit şərait yaranmışdı və DAK-ın birgə qurultaya getməsi ilə bağlı qərar qəbul edildi. Belə bir qərar gəldik ki, birlik qurultaya getməklə bağlı detallar da müzakirə olunacaq, keçirilmə yeri və vaxtı müəyyənləşəcək.

- Sizin fikrinizcə, rəhbərliklər arasında olan bu çaxnaşmalar, iki konqres arasında olan bu iddialar ümumiyyətlə, ümumi məqsədə bir xələl gətirmirmi ki?

- Əlbəttə, gətirir. Bakıya yeni təyin olunan böyük elçi ilə görüşdüm. Orada DAK üzvü kimi sənədimi təqdim etdim. O mənə sual verdi ki, hansı DAK-dansan? DAK-ın iki qolda fəaliyyət göstərməsi, yəni bir təşkilatın iki ad altında fəaliyyət göstərməsi həm millətimiz, dövlətimiz, xaricdə yaşayan azərbaycanlılar, Güney azərbaycanlılar, borçalılar, Dərbənd, ümumilikdə bütün türk bölgələri üçün heç də müsbət bir amil deyil. Həm biz, həm də qarşı tərəf bununla bağlı narazıçılıqlarını bildiriblər. Xüsusilə, Əjdər Tağızadə, Sabir Rüstəmxanlı təkidi ilə bu məsələləri müzakirə edə bilmirdik. Amma iki gün öncə 7 nəfərdən ibarət Qurultaya Hazırlıq Təşkilat Komitəsi yaratdıq. Biz də 7 nəfərdən ibarət belə bir təşkilat komitəsi yaratmışıq. DAK-ın iki qolu ilk dəfə olaraq bir araya gələrək ortaq bir qərar verdi. DAK birləşməsi ilə bağlı ortaq müraciətimiz mətbuatda yayıldı. Dünya Azərbaycanlıları Konqresi Birlik qurultayına gedir. Onun zamanı, vaxtını və yerini mətbuat vasitəsilə bildirəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə