Turan İbrahimov: “Dalğa\"çı gənclərin təhrifetmə üsulları erməni xislətli olmaları ilə əlaqəlidir”

Turan İbrahimov: “Dalğa\"çı gənclərin təhrifetmə üsulları erməni xislətli olmaları ilə əlaqəlidir”

Məlum olduğu kimi, dünən telejurnalist Turan İbrahimov "Dalğa" Gənclər Hərəkatının ermənipərəst davranışları ilə bağlı bəyanat yaymışdı. Bundan sonra cavab olaraq, hərəkatın sədri Orxan Nəbiyev, Turan İbrahimovu \"bolşevik təfəkkürlü\" adlandırıb. Azərbaycanın qaysaq bağlamayan yarasının səbəbi olan mənfur düşmənlərlə dostluqlarına haqq qazandıran Orxan Nəbiyev bildirib ki, ermənilərlə birgə elmi tədbirlərdə iştirak etmək, daha sonra, onlarla şəkil çəkdirmək, satqınlıq, vətənə xəyanət və cinayət deyil.

Turan İbrahimov isə məsələ ilə bağlı SİA-ya verdiyi açıqlamada \"Dalğa\"çılara cavab verib: \"Mənim \"Dalğa\" Gənclər Hərakatının sosial şəbəkələrdə ermənilər lehinə apardıqları anormal təbliğata öz bəyanatımla mövqe bildirməyim və bununla bağlı millətçi-vətənpərvər şəxs və təşkilatlara müraciətim onları təşvişə salıb. Onlar faktı maksimum dərəcədə təhrif edərək öz qələtlərini gizlətməyə çalışırlar.

Belə ki, mənim çağırışıma qoşulan digər təşkilatlar tərəfindən də şiddətlə qınanılıan bu \"ultra liberallar\" eynilə ermənilərin xislətini göstərirlər. Məni guya anti-Aynişan Quliyeva kompaniyasını başlamaqda günahlandıraraq məsələni öz üzərlərindən yayındırmaq istəyirlər. Bu isə kökündən yanlış və alçaqca addımdır. Həm də qorxaqlığın göstəricisidir. Onlara olan etirazımın kökündə , bu şəxslərin ermənilərə qarşı ifadələrimizdə etik olmağa çağırışları durur. Yəni bu uşaqlar erməniyə niyə \"dığa\" deyirsiniz deyib inciyirlər və buna aqressiya ilə qarşılıq verirlər. Mən və mənim kimi millətçi-vətənpərvərlər isə buna dözə bilmərik. Bir daha onları şiddətlə qınadığımı vurğulayıb, məsələni təhrif etmə hərəkətlərini isə erməni xislətli olmaları ilə əlaqələndirirəm. Çünki bu cür tryukları adətən bizə qarşı ermənilər edirlər. Anti-Aynişan Quliyeva kompaniyasına heç bir aidiyyatım yoxdur, bunu bir daha qeyd edirəm.\"

Bütün xəbərlər Facebook səhifəmizdə