Polşada “Cavadxan” filminin nümayişi keçiriləcək

Polşada “Cavadxan” filminin nümayişi keçiriləcək

"Sentyabr ayında Polşanın Varşava şəhərində "Cavadxan" filminin nümayişi keçiriləcək. Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyəti bütün üzvləri ilə birgə orada iştirak edəcək".SİA-nın xəbərinə görə, bu barədə DAK Daimi Şuranın sədri Əjdər Tağızadə məlumat verib. O bildirib ki, bu yaxınlarda DAK həmsədri Sabir Rüstəmxanlı bəzi ölkələrdə müəyyən görüşlər keçirəcək. Onun sözlərinə görə, bunlardan ən önəmlisi bu yaxınlarda baş tutacaq İranın liderləri ilə görüşlə bağlıdır. Ə.Tağızadə bu görüşlərdə maraqlı müzakirələrin aparılacağı və müəyyən məsələlərin müzakirə olunacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə