Mirkazım Seyidov: \"Dünya Azərbaycanlılarının III qurultayı dünya səviyyəsində böyük müzakirələrə səbəb oldu\" - MÜSAHİBƏ (SəsTV)
Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun yaradıcısı, politoloq Mirkazım Seyidovun SəsTV-yə müsahibəsi
- Dünya Azərbaycanlılarının 3-cü qurultayından sonra Rusiyadakı diaspor təşkilatlarımız konkret olaraq öz işlərində hansı irəliləyişlər əldə ediblər?
- Dünya Azərbaycanlılarının 3-cü qurultayı həm Azərbaycanın dövlətçilik tarixində, həm də diasporumuzun formalaşmasında mühüm bir hadisədir. Bütün dünya, eyni zamanda dünyanın başqa-başqa ölkələrində yaşayan azərbaycanlılar bir daha şahid oldu ki, doğrudan da Azərbaycan xaricdə yaşayan vətəndaşlarının mütəşəkkil formada birləşməsi və rifahlarının yaxşılaşması istiqamətində addımlar atmağa hazırlaşır. Dünya Azərbaycanlılarının 3-cü qurultayı dünya səviyyəsində böyük müzakirələrə səbəb oldu və diaspor təşkilatlarının maariflənməsində, siyasiləşməsində bundan sonra da özünün tövhəsini verəcək. Konkret olaraq qurultaydan sonra diaspor təşkilatlarının əldə etdikləri yeni nailiyyətlərinə gəldikdə isə, onu deyə bilərəm ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun rəhbərliyi və təşəbbüsü ilə Moskvada tədbir keçirildi. Tədbirə Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının aktivləri fəalları dəvət olunmuşdu. Tədbirin əsas məqsədi diaspora təşkilatları və səfirliklər arasında isti münasibətlərin təmin olunmasını və diaspor təşkilatlarının hər hansı bir mövqelərində çatışmamazlıqların müzakirə olunması, ümumi məqsəd ortaya qoyaraq birliyə nail olmaq və eyni zamanda diaspor təşkilatının formalaşması mərhələsində yeni addımlar atmaq məqsədi güdülür.
- Qurultaydan sonra diaspor təşkilatları arasında olan ziddiyyətlər aradan qalxacaqmı?
- Bu məsələlər səfirlikdə də çox geniş müzakirə olunub. Həmçinin cənab Prezident öz çıxışında da bunları qeyd etdi. Həm diaspor təşkilatları arasında ziddiyətlər mövcuddur, həm də səfirliklərlə diaspor təşkilatları arasında soyuq münasibətlər var. Səfirliklərlə diaspor təşkilatları arasında isti münasibət yaratmaq üçün ilk növbədə müxtəlif regionlarda kompakt yaşayan bir neçə Azərbaycan təşkilatları var ki, onların ilk növbədə birliyinə nail olmaq lazımdır. Bunun üçün yeni bir formada idarəedici mərkəz yaradılmalı, bütün diaspor təşkilatının rəhbərləri öz təkliflərini verməli, həmçinin regionlarda sözü keçən, cəmiyyətdə nüfuzu olan və hər hansı birliyi yarada bilən, azərbaycanlı kütlələrini öz arxası ilə aparan, onları cəmiyyətə inteqrasiya edə bilən şəxslər bu koordinasiya mərkəzinə cəm olunmalıdır. Bu mərkəzin əsas məqsədi Azərbaycanın mövqeyini saxlamağı bacarmalı həmçinin bu mövqenin beynəlxalq səviyyədə müdafiə olunmasına hərtərəfli yardım etməlidir. Ümumi birlik əldə etmək üçün Azərbaycan dövlətinin və xalqın maraqlarını eyni zamanda diasporanın ətrafında birləşən azərbaycanlılarn maraqlarını təmin edən bir siyasət aparmalıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB