“Mənim Azərbaycanım” müsabiqəsinin bağlanış mərasimi keçirilib

“Mənim Azərbaycanım” müsabiqəsinin bağlanış mərasimi keçirilib

3 avqust 2011-ci il tarixində Müasir İncəsənət Mərkəzində "İRƏLİ" İctimai Birliyinin FotoArt layihəsi çərçivəsində həyata keçirdiyi "Mənim Azərbaycanım" müsabiqəsinin bağlanış və təltifetmə mərasimi keçirilib. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, mərasimdə "İRƏLİ" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı, birliyin fəalları, müsabiqə iştirakçıları və qalibləri, həmçinin media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ceyhun Osmanlı ilk öncə dəvətliləri salamlamış və qeyd edib ki: "İki həftə boyunca davam edən və 17 000 nəfərin qatıldığı "Mənim Azərbaycanım" müsabiqəsi bugünə kimi Azərbaycanda keçirilmiş ən böyük virtual müsabiqədir".

Sonra "İRƏLİ" İctimai Birliyinin ən gənc üzvlərindən biri olan, 2011-2012-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanında maksimum-700 ballıq nəticə göstərmiş Ləman Məmmədovaya "İRƏLİ" İctimai Birliyi tərəfindən təsis edilmiş fəxri fərman və hədiyyə olaraq kompyuter təqdim olunub.

Daha sonra fotomüsabiqənin ilk 10 yerinin sahibinə müsabiqədə fəal iştiraklarına görə diplom, ilk 3 yerin sahibləri: Hüseyn Məmmədov, Rəfiqə Qasımova və Vüqar Qasımzadəyə isə mükafat fondunda olan hədiyyələr (müvafiq olaraq Apple iPad, BlackBerry smartfonu və Sony Cybershot kamerası) təqdim olunub.

Müsabiqə iştirakçılarının layihəyə təqdim etdikləri fotolardan təşkil olunmuş sərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə