Gəncə şəhərinə digər rayonlardan gələn əhalinin sayında kəskin artım müşahidə olunur. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Statistika İdarəsindən məlumat verilib. Məlumata görə cari ilin müvafiq zaman kəsiyində ölkənin ikinci böyük şəhərinə gələn və burada məskunlaşanların sayı 445 nəfərə çatıb. Bu da ötən ilin müvafiq zaman kəsiyi ilə müqayisədə artıqdır. Mütəxəssislərin fikrincə, ölkənin iri şəhərlərinə marağın çoxalması iş yerlərinin artması ilə əlaqələndirilir. Hazırda isə Gəncə şəhərində rəsmi olaraq 321 min 280 nəfərdən artıq əhali yaşayır. Lakin bəzi şəxslər hələ də qeydiyyata düşmədiyindən bu rəqəmin daha çox olma ehtimalı var.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB