Gəncədə kvas satan obyektlərin fəaliyyətinə qadağa qoyulub

Gəncədə kvas satan obyektlərin fəaliyyətinə qadağa qoyulub

Gəncə şəhərində kvas satışı ilə məşğul olan obyektlərdə yoxlamalara başlanılıb. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Məlumatda bildirilir ki, küçə satışının aradan qaldırılması istiqamətində kvas satışı dayandırılıb. Aparılan araşdırmaların nəticələrinə görə, qadağan edilən, açıq havada satılan kvas məhsullarında infeksion xəstəliklərin yayılması riski artıb. Təxminən 10 belə obyektin fəaliyyətinə qadağa qoyulub. Reydlər isə davam etdirilir.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə