ABŞ səfirliyinin katibi Sabir Rüstəmxanlı ilə görüşüb

ABŞ səfirliyinin katibi Sabir Rüstəmxanlı ilə görüşüb

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mərkəzi qərargahında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin ikinci katibi Rayan T.Kembel VHP sədri Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı ilə görüş keçirib.

VHP Mətbuat və İnformasiya Xidmətindən SİA-ya verilən xəbərə görə, Görüşdə əsasən bölgədəki vəziyyət, Azərbaycanın öz qonşuları – Rusiya, İran, Gürcüstan, xüsusilə Türkiyə ilə münasibətləri, iqtisadi-siyasi və mədəni-mənəvi əlaqələri müzakirə olunub. Türkiyədə baş verən son proseslər, ordu komandanlarının istefası və bu istefaya Azərbaycan ictimai fikrinin reaksiyası görüşün əsas danışıq mövzusunu təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə