Havanın temperaturu 5-10 dərəcə aşağı düşəcək

Havanın temperaturu 5-10 dərəcə aşağı düşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 3-dən 4-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişəcək. SİA-nın departamentə istinadən verdiyi məlumata görə, sabah şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, şimşək çaxacaq. Havanın temperaturunun 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bakıda güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 28-33 dərəcə, bəzi yerlərdə 35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə isti olacaq.
Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 34-39 dərəcə, dağlarda gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə