Sabah Gənc Liderlərin Beynəlxalq Forumunun rəsmi açılış mərasimi keçiriləcək

Sabah Gənc Liderlərin Beynəlxalq Forumunun rəsmi açılış mərasimi keçiriləcək

Sabah "AEGEE-Sumqayıt" İctimai Birliyinin təşkil etdiyi Gənc Liderlərin Beynəlxalq Forumunun rəsmi açılış mərasimi keçiriləcək. Bu barədə SİA-ya "AEGEE-Sumqayıt" İctimai Birliyinin sədri Azər Məhərrəmov məlumat verib. O bildirib ki, dünyanın 10-a yaxın müxtəlif ölkəsindən Azərbaycana gələn liderlər 5 gün müddətində "Gənclərin aktiv iştirakında qeyri-formal təhsilin rolu" mövzusunda müzakirələr aparacaqlar.

Forumun keçirilməsindəki əsas məqsəd gənclərin fəallığının artırılması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından ibarətdir. Layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək. Gənc Liderlərin Beynəlxalq Forumu avqust ayının 8-də yekunlaşacaq.

Qeyd edək ki, AEGEE (Association des Etats Generaux des Etudiants de l\'Europe), yəni Avropa Tələbələr Forumu dünyanın ən böyük tələbə assosiasiyasıdır. Təşkilat Avropanın 43 ölkəsinin 243 şəhərindən olan 17.000-dək müxtəlif füsunkar mədəniyyətlərə malik tələbə və gəncləri özündə birləşdirir. AEGEE-Sumqayıt İctimai Birliyi AEGEE-Avropa şəbəkəsinin ən gənc üzvlərindən biridir. Azərbaycanı Avropanın bir hissəsi hesab edən AEGEE-Sumqayıt Avropa və Azərbaycan gəncləri arasında olan əməkdaşlığı, münasibətləri və inteqrasiyanın genişlənməsinin tərəfdarıdır. Bu məqsədlə AEGEE-Sumqayıt müxtəlif yerli və beynəlxalq tədbirlər, o cümlədən yay universitetləri, dil kursları həyata keçirir və onlarda aktiv inkişaf edir.

Bütün xəbərlər Facebook səhifəmizdə