Azərbaycan ilə Rumıniya arasında humanitar sahədə əməkdaşlığın inkişafında yeni mərhələ başlanır
Xəbər verdiyimiz kimi, Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemen iyulun 28-dən 31-dək Azərbaycanda səfərdə olub. SİA-nın məlumatına görə, rumıniyalı nazirin ölkəmizə səfəri çox səmərəli yekunları ilə yadda qalıb.
Hunor Kelemenin Baş nazirin müavini Elçin Əfəndiyev, həmçinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşlərində iki ölkə arasında humanitar sahədə əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Tərəflər humanitar sferada, o cümlədən mədəniiyət və turizm sahələrində əlaqələrin daha da möhkəmləndirilməsi naminə bütün təşəbbüsləri dəstəklədiklərini qeyd ediblər.Xüsusilə vurğulanmalıdır ki, Hunor Kelemenin səfərinin coğrafiyası təkcə paytaxt Bakı ilə məhdudlaşmayıb, o, bu gün sivil dünyanın sözün əsl mənasında mədəniyyət mərkəzlərindən birinə çevrilmiş Qəbələdə olub. Rumıniyalı qonaq Azərbaycanın bu füsunkar bölgəsinə səfəri çərçivəsində Qəbələdə fəaliyyət göstərən qədim Alban kilsəsində udin icması ilə görüş keçirib və udinlərin toy mərasimini izləyib. Sonra H.Kelemen piano zavodu və Qəbələnin tarix-diyarşünaslıq muzeyi ilə tanış olub. Daha sonra rumıniyalı nazir iyulun 30-da Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimində qonaq qismində iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB