Telman Zeynalov: \"Son vaxtlar istilərdən və infarktdan ölüm hallarının sayı artıb\" - MÜNASİBƏT
Bu il qeydə alınan kəskin istilərin səbəbi havada nəmişliyin həddən artıq çox olmasıdır. Bu fikirləri SİA-ya Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov söylədi: "Artıq 7 ildir ki, Respublika ərazisində rütubətlə müşahidə edilən istiləşmə qeydə alınır. Buna səbəb havada buxarlanmanın çox olmasıdır. Bu isə nəm effekti yaradır və kəskin istiliklə özünü büruzə verir. Buxarlanmanın səmaya çıxmasını isə süni səbəbləri var. Məsələn paytaxt ərazisində nəhəng binaların tikintisi küləyin qarşısını kəsir, nəticədə şəhərdə rütubət çoxalıb".
T.Zeynalov istilərin təsirindən ölüm hallarının artdığını da dedi: "Son vaxtlar infarktdan ölüm hallarının da sayı artıb. Bir az yaşlı insanlar istilərin təsirindən qan dövranı yüksəlir, hava çatmazlığı yaranır ki, buda ölümə səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB