Region qadınların hüquqi maarifləndirmə və İKT biliklərinin artırılacaq

Region qadınların hüquqi maarifləndirmə və İKT biliklərinin artırılacaq

Bu gündən etibarən "Qadın və Uşaqların Sosial İnkişafı" İctimai Birliyi "Qadınlar üçün hüquqi maarifləndirmə treyninqləri və İKT biliklərinin artırılması" layihəsinin icrasına başlayıb. SİA-nın xəbərinə görə, "Global Fund for Women" beynəlxalq təşkilatının dəstəyi və World Hope International/Azerbaijan təşkilatının texniki dəstəyı ilə qadın və uşaqların hüquq və azadlıqlarını, sosial problemlərinin həllini dəstəkləyən təşkilatın bu layihəsinin əsas məqsədi qadınların hüquqi problemlərinin həlli, onların İKT biliklərinin artırılmasına kömək etməkdir.

Layihədə nəzərdə tutulan fəaliyyətlər Xaçmaz və Şabran rayonlarında həyata keçiriləcək. Burada əsas hədəf qrup isə regionda yaşayan qadınlardır. Layihə bu gündən etibarən 4 ay müddətində davam edəcək. İlkin razılaşmaya əsasən layihə çərçivəsində rayon icra hakimiyyətləri və onun qəsəbələrdə nümayəndəlikləri, rayon təhsil şöbəsi və digər qurumlarla əməkdaşlıq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə