“Kaspi” qəzetinin yaranması və fəaliyyəti” adlı kitab hansı xüsusiyyətləri ilə fərqlənir? - MÖVQE

“Kaspi” qəzetinin yaranması və fəaliyyəti” adlı kitab hansı xüsusiyyətləri ilə fərqlənir? - MÖVQE

""Kaspi" qəzeti haqqında bu günə kimi müəyyən araşdırmalar aparılıb. Amma "Kaspi" qəzetinin yaranması və fəaliyyəti" adlı kitabda çap olunanlar yeni bir araşdırmadır". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında kitabın müəllifi Nəsiman Yaqublu məlumat verib. O bildirib ki, bu qəzetdə çıxış edən bir sıra şəxsiyyətlərin Sovetlər Birliyi dövründə siyasi mənsubiyyətlərinə görə, onların fəaliyyətinin araşdırılması qeyri-mümkün olub. Onun sözlərinə görə, ilk dəfədir ki, "Kaspi" qəzetində Üzeyir Hacıbəyovun məqalələrinin araşdırılmasına yer verilib.

Bu nəşrdə ilk dəfə olaraq bu şəxsiyyətlərin məqalələrinin siyahılarının və adlarının verildiyini deyən N.Yaqublu vurğulayıb ki, gələcəkdə hər hansı bir jurnalist, araşdırmaçı, tədqiqatçı gedib "Kaspi" qəzetində gedən hansısa məqaləni axtarmaq məcburiyyətində qalmayacaq: "Azərbaycan mətbuatı tarixində bu qəzetin həm də rolu ondan ibarət oldu ki, bu qəzet Azərbaycan ziyalılarını öz ətrafına toplaya bildi. Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı ilə bağlı bu problemləri qəzet səhifələrinə çıxartdılar. Bu mənada qəzetin tarixinin araşdırılması çox mühüm bir hadisə hesab edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə