"Bu il "Kaspi" qəzetinin 130 illik yubileyi qeyd olunub. Qəzet 1881-ci ildən fəaliyyət göstərir və mətbuat tarixində mühüm yer tutur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli deyib. O bildirib ki, yubiley çərçivəsində bir sıra silsilə tədbirlər həyata keçirilir. O bildirib ki, yaxın gələcəkdə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
"Mətbuat tarixinin araşdırmaçılarının əsərlərindən ibarət "3 əsrin qəzeti" monoqrafiyası üzərində hazırda iş gedir və bunun təqdimatı keçiriləcək. Eyni zamanda, mətbuat tarixini araşdıran mütəxəssislər arasında müsabiqə elan edilib. Müsabiqəyə çox maraqlı və dəyərli yazılar təqdim olunub. Bu yazılardan ibarət isə növbəti məcmuəni təqdim edəcəyik. Bütün bunların hamısı eyni zamanda, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə təsadüf edir. Həm müstəqilliyin bərpasının 20 illiyi, həm də "Kaspi" qəzeitnin 130 illiyini bir mətbuat bayramı kimi qeyd etmək niyyətindəyik. Oktyabr ayında dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi, onun ardınca isə "Kaspi" qəzetinin 130 illik fəaliyyəti ilə bağlı bir sıra yekun tədbirlər keçiriləcək", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB