Turan İbrahimov erməni tərəfdarı gənclər qrupu ilə bağlı bəyanat yayıb
Telejurnalist Turan İbrahimov "Dalğa" Gənclər Hərəkatının sərsəm davranışları ilə əlaqədar bəyanat yayıb. SİA həmin bəyanatı təqdim edir: \"Özlərini "müasir", "azad yeni nəsil" adlandıran bir qrup gəncin təmsil olunduğu "Dalğa" Gənclər Hərəkatının əksər üzvlərinin son zamanlar sosial şəbəkələrdə ermənilərin xeyrinə olduqca tolerant və loyal davranışları həddindən artıq dözülməzdir.
Onlar, ermənilərə qarşı işlədilən ən kiçik ifadələri belə aqressivliklə qarşılayır, açıq-aşkar onların müdafiəsinə qalxırlar. Hətta adi "dığa" sözünü belə qan düşmənlərimizə yaraşdırmayaraq hər kəsi "etik" olmağa çağırırlar. Nəinki, torpaqlarımızı işğal etmiş, bütövlükdə tariximizə-mədəniyyətimizə göz dikmiş, ana-bacılarımızın namusuna təcavüz etmiş, körpələrimizin başını kəsmiş, Xocalı kimi dəhşətli faciəni törətmiş bir millət bizim əlbətdə ən ağır sözlərimizə layiqdir və damarlarında azərbaycanlı-türk qanı axan hər kəs onlara təbii nifrətini biruzə verməkdə haqlıdır. Lakin "Dalğa" GH-nin üzvləri bunu özlərinə rəva bilmirlər, əksinə gənclərin beyinlərini yuyaraq onları geridəqalmışlıqda və başqa şeylərdə günahlandırırlar. Düşünürəm ki, bu missiyanı onlara Gürcüstan Respublikasında tez-tez iştirak etdikləri tədbirlərdə pivə içib, rəqs etdikləri erməni dostları aşılayıb. Ermənistan prezidenti Serj Sarkisyanın öz gənclərini türkə qarşı nifrətə və mübarizəyə səslədiyi sərsəm açıqlaması fonunda "Dalğa" GH-nın bu missiyası olduqca diqqət cəlb edir. Erməniyə adicə "dığa" deyilməsinə dözməyən bu "ultra liberallar" sabah müharibə başlayacağı təqdirdə nə mövqe tutacaqlar olduqca düşündürücüdür...
Mən vətənpərvər Azərbaycan gənci olaraq bütün millətçi-vətənpərvər şəxs və təşkilatlara səslənirəm! Gəlin içimizdəki erməni təşəbbüskeşlərini, vəkillərini şiddətlə qınayaq və onları ictimaiyyət qarşısında ifşa edək. Bu kimi halların qarşısı alınmadığı, ictimai qınağa təqdim olunmadığı müddətcə, ölkəmizə kənardan hələ çox düşüncələr, missiyalar idxal olunacaq. Hər birinizi bu məsələyə həssas yanaşmağa dəvət edirəm...\"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB