Fərhad Quliyev: “Geniş miqyasda təşkil olunan layihə ilk dəfə olaraq Azərbaycanda həyata keçirilir”-AÇIQLAMA
Bu gün AMEA prezidenti, akademik Mahmud Kərimov Azərbaycanda keçirilən MDB ölkələrinin gənc arxeoloqlarının yay məktəbi layihəsinin iştirakçıları ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə Gənc Alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin sədri, fizika üzrə fəlsəfə doktoru İlqar Orucov da iştirak edib.
Gəncləri salamlayan akademik M.Kərimov birgə əməkdaşlıq tədbirlərinin keçirilməsinin gənc alimlərin gələcək fəaliyyətlərində mühüm rol oynayacağını söyləyib. O, arxeologiya sahəsində aparılan elmi-tədqiqat işlərindən ətraflı danışaraq ölkə başçısının bu sahəyə dəstək verərək vəsait ayırdığını qeyd edib. Arxeoloji qazıntıların bizim tariximiz haqqında yeni məlumatlar verdiyini söyləyən M.Kərimov AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda bu sahədə aparılan arxeoloji tədqiqatlar, müxtəlif ölkələrlə, beynəlxalq təşkilatlarla həyata keçirilən birgə layihələr, yaradılmış muzeylər haqqında da danışıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloji ekspedisiya qrupunun rəhbəri Fərhad Quliyev bildirib ki, qurum tərəfindən bu il geniş miqyasda təşkil olunan layihə ilk dəfə olaraq Azərbaycanda həyata keçirilir. F.Quliyev gələcəkdə layihənin MDB-nin 8 ölkəsində təşkil olunacağını diqqətə çatdırıb.
Layihə iştirakçılarıYoşihiro Nişiaki və Roman Mimoxod aparılacaq arxeoloji ekspedisiya haqqında məlumat veriblər.
Qeyd edib ki, MDB Ölkələri Humanitar Əməkdaşlıq Fondu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun "Gənc Alimlərin İntellektual İnkişaf Mərkəzi" ilə birlikdə Tovuz rayonunda fəaliyyət göstərən arxeoloji ekspedisiyanın nəzdində "Gənc arxeoloqların yay məktəbi"ni təşkil edib. Məktəb "Cənubi Qafqazın qədim mədəniyyətləri" mövzusunda beynəlxalq layihə çərçivəsində təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB