"İRƏLİ" İctimai Birliyinin FotoArt layihəsi çərçivəsində həyata keçirdiyi "Mənim Azərbaycanım" müsabiqəsi sona çatıb. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, adıçəkilən müsabiqəyə iştirak üçün 100-ə yaxın iş təqdim olunmuş və onlardan yalnız 56-sı müsabiqədə iştirak hüququ qazanıb. 2 həftə boyunca davam edən səsvermədə 17 000 nəfərdən çox insan iştirak edib.
3 avqust 2011-ci il tarixində saat 12:00-da Müasir İncəsənət Mərkəzində "Mənim Azərbaycanım" müsabiqəsinin bağlanış və təltifetmə mərasimi keçiriləcək. Mərasimində ilk 10 yerin sahibinə müsabiqədə fəal iştiraklarına görə diplom, ilk 3 yerin sahibinə isə mükafat fondunda olan hədiyyələr ( müvafiq olaraq, Apple iPad, BlackBerry smartfonu və Sony Cybershot kamerası) təqdim olunacaq. Mərasimdə müsabiqə iştirakçıları qonaq qismində yer alacaq və onların layihəyə təqdim etdikləri fotolardan ibarət sərgi təşkil olunacaq.
Qeyd edək ki, 17 000 nəfərin qatıldığı "Mənim Azərbaycanım" müsabiqəsi bu günə kimi Azərbaycanda keçirilmiş ən böyük virtual müsabiqədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB