Nuşirəvan Səfərov:\"Əgər bir avtoxuliqan 3 dəfə eyni səbəbdən saxlanılarsa 15 sutka həbs olunur\" AÇIQLAMA

Nuşirəvan Səfərov:\"Əgər bir avtoxuliqan 3 dəfə eyni səbəbdən saxlanılarsa 15 sutka həbs olunur\" AÇIQLAMA

"Qeyd etdiyimiz kimi Dövlət Yol Polisi daim ictimai asayişi pozan, yollarda sərt manevr edib aşkar təhlükəli vəziyyət yardan və əhalinin rahatlığını pozan avtoxuliqanlara qarşı mübarizə aparır və aparacaq\".

Bu sözləri Bakı Şəhər Dövlət Yol Polisinin rəisi polkovniki Nuşirəvan Səfərov deyib. Bundan başqa N.Səfərov onu da qeyd edib ki, avtoxuliqanlara qarşı qaydalar sərtdir və əgər bir avtoxuliqan 3 dəfə eyni səbəbdən saxlanılarsa 15 sutka həbs olunur. \"Hətta avtoxuliqanların sürücülük vəsiqsindən məhrum edilməsi də cəzalardan biridir\".

Daha sonra Bakı şəhərində qəzaların artdığına da diqqəti çəkən N.Səfərov bildirib ki, qəzalardakı cüzi artım piyadaların səhlənkarlığı ucbatından baş verib. Daha sonra N.Səfərov sürət həvəskarları üçün xüsusi yerlərin hazırlanması məsələsinə də toxunub: \"Sürət həvəskarları üçün avtodromların açılması bizə aid olan bir şey deyil. Bunun üçün xüsusi cəmiyyətlər var ki, bu da onlara aiddir."

Bütün xəbərlər Facebook səhifəmizdə