Vaqif Əsədov: \"Avtoxuliqanlıq hadisəsinə görə saxlanılan vətəndaşlardan 39-u həmin il ərzində ikinci dəfə eyni hadisədən saxlanılıb\" - TƏDBİR

Vaqif Əsədov: \"Avtoxuliqanlıq hadisəsinə görə saxlanılan vətəndaşlardan 39-u həmin il ərzində ikinci dəfə eyni hadisədən saxlanılıb\" - TƏDBİR

"2011-ci ilin yanvarın 1-dən iyulun 30-dək Bakı şəhəri üzrə qeydə alınan ümumi yol-nəqliyyat hadisələrində 19 fakt avtoxuliqanlıq əlamətləri ilə baş verib ki, 11-i ölüm, 14-ü müxtəlif dərəcədə xəsarətlə nəticələnib".

Bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov Beynəlxalq Mətbuat Mərkəzində "Avtoxuliqanlıqla bağlı elan olunan karikatura sahiblərinin mükafatlandırma mərasimində bildirib. Onun sözlərinə görə, 16 avtoxuliqanlıq edən sürücü hadisə yerindən yayınmağa müvəffəq olsalar da, sonradan keçiriliən axtarış tədbirləri nəticəsində onlar da aşkar edilib. Bundan əlavə V.Əsədov onu da vurğulayıb ki, 214 avtoxuliqanlıq hadisəsinə görə saxlanılan vətəndaşlardan 39-u həmin il ərzində ikinci dəfə eyni hadisədən saxlanılıb və təkrarən avtoxuliqanlığa görə, məhkəmə kürsüsündə əyləşməli olub. Bundan başqa V.Əsədov 27 avtoxuliqanın hələ də axtarışda olduğunu və avtoxuliqanlıq edənlərin əsasən \"VAZ 2107\" markalı maşınların istifadəçisi olduğunu diqqətə çatdırıb. "Avtoxuliqanlar əsasən Zərifə Əliyeva parkı, Hüseyn Cavid parkı, 5 mərtəbə, 3-cü mikrorayon, Biləcəri şossesi, Babək prospekti, Rəşid Behbudov prospektində saxlanılıb".

Daha sonra V.Əsədov tədbir barədə danışaraq bilidirib ki, elan etdiyimiz karikatura müsabiqəmizə "Facebook" səhifəmizdən 86 karikatura daxil olub ki, biz də onlardan ən yaxşı 3-nü və ilk onluğa daxil olanları bu gün hədiyyə və fərmanlarla təbrik edəcəyik. Daha sonra mükafatlar sahiblərinə verilib. Mükafatları isə polis polkovniki Nuşirəvan Səfərov, "Qarant" sığorta, "Nissan Motors" və Pakistan Milli Bankının nümayəndələri təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə