Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi

- Azərbaycan Respublikasında kino işçilərinin peşə bayramı-Azərbaycan Kinosu Günüdür

- Azərbaycanda çəkilmiş kinosüjetlərin ilk kinoseansı həyata keçirilib (1898)

- Azərbaycanın ilk qısametrajlı bədii filmi "İlişdin" nümayiş etdirilib. Prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli fərmanı ilə bu tarix "Milli kino günü" elan edilib (1898)

- İlk dəfə təyyarələr ABŞ-da silahlanmaya qəbul edilib (1909)

- Moskvada AMO avtomobil zavodu (indiki ZİL) fəaliyyətə başlayıb (1916)

- Telefonun ixtiraçısı Aleksandr Qraham Bell vəfat edib (1922)

- Adolf Hitler fürer elan edilib (1934)

- Potsdam konfransı başa çatıb (1945)

- Aktyor Fəxrəddin Manafov anadan olub (1955)

- Trabzonspor klubu təsis edilib (1967)

- Bolonya vağzalına qoyulan bombanın partlaması nəticəsində 85 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb (1980)

- Seyid Məhəmməd Xatəmi İran prezidenti seçilib (1997)

- Azərbaycan və ABŞ arasında minadan təmizləmə təliminə dair Memorandum imzalanıb (2000)

- Azərbaycan və Yunanıstan arasında təbii qaz və neft sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb (2007)

- Aktyor Elxan Ağahüseynoğlu vəfat edib (2009)

Bütün xəbərlər Facebook səhifəmizdə