İlqar Abbasov: “Dünya azərbaycanlılarının üçüncü qurultayı gücümüzə güc qatdı” - MÜSAHİBƏ

İlqar Abbasov: “Dünya azərbaycanlılarının üçüncü qurultayı gücümüzə güc qatdı” - MÜSAHİBƏ

Müsahibimiz "Ukrayna Azərbaycanlıları Konqresi"nin sədri İlqar Abbasovdur


- İlqar müəllim Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyəti barəsində məlumat verməyinizi sizdən xahiş edirik. Hazırda rəhbərlik etdiyiniz təşkilat diaspor quruculuğu sahəsində nə kimi işlər görür?


- Ümumukrayna ictimai təşkilatı olan "Ukrayna Azərbaycanlıları Konqresi" 90-cı illərin əvvəllərində Azərbaycan diasporunu dünya ölkələri üzrə müvafiq təşkilatların vahid koordinasiyada birləşdirmək məqsədi ilə yaradılmışdır. Konqresin yaranmasında ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır. Belə ki, məhz ümummilli liderin tövsiyəsi əsasında yaranan konqres bu gün Ukraynanın 27 bölgəsində fəaliyyət göstərir. UAK öz fəaliyyətində demokratik prinsipləri, Azərbaycan və Ukrayna xalqlarının humanistik ənənələrini rəhbər tutur və öz üzvlərinin milli-mədəni, mənəvi, ictimai-siyasi, yaradıcılıq tələblərinin ödənilməsi üçün, həmçinin vətəndaşların hüquqlarının və qanuni maraqlarının reallaşması yolunda ictimai-siyasi tədbirlər keçirir. Bununla yanaşı Konqres ictimai həyatda fəal iştirak edir, bir çox mədəni və xeyriyyə aksiyalarının iştirakçısı və təşkilatçısı kimi çıxış edir. Konqresin bazasında "Azərbaycan" ansamblı yaradılıb. Dnepropetrovsk, Sumı, Xarkov və Zaporojye regional təşkilatlarının öz yaradıcı kollektivləri var.

"Ukrayna Azərbaycanlıları Konqresi" Azərbaycan Respublikası Diasporlarla iş üzrə Dövlət komitəsi, Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi, Ukrayna və Azərbaycanın ictimai təşkilatları ilə sıx əməkdaşlıq edir. Bundan başqa UAK-ın Krım, Denpropetrovsk və Xarkov təşkilatları öz qəzetlərinin dərc edir. Ukrayna azərbaycanlıları konqresinin əsas çap orqanı Kiev şəhərində Ukrayna dilində mütəmadi dərc olunan "Azərbaycanın Səsi" qəzetidir. Bundan başqa konqresin sayında da (www.kau.net.ua) Azərbaycanla bağlı, eleəcə də diasporun fəaliyyəti ilə bağlı məlumatlar 3 dildə - ukrayna, rus və azərbaycan dilində yayımlanır.


- Dünya azərbaycanlılarının üçüncü qurultayını necə səciyyələndirərdiniz?


- 2001 ci ildə ümummilli liderimizin tapşırığı əsasında dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Bu qurultay dünya azərbaycanlılarına əlavə ruh və güc verdi. Bu gün Azərbaycan diasporunun yüksək təşkilatlanma yolu keçməsi sözügedən qurultayın əhəmiyyətindən xəbər verir. Həmin qurultaydan sonra biz gücümüzü artıra bildik. 2006-cı ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə həyata keçirilən ikinci qurultayda artıq müəyyən etdik ki, biz azərbaycanlılar artıq müdafiədən hücuma keçməliyik. Bu deviz altında bir sıra tədbirlər həyata keçirildi. Azərbaycan gerçəkliklərinin dünya ictimayyətinin diqqətinə çatdırılması yönündə görülən işlər daha da genişləndirildi. Hazırda fəaliyyət göstərən diaspor təşkilatları dünyanın hansı nöqtəsində olmasından, fəaliyyət göstərməsindən asılı olmayaraq bu amal uğrunda öz işlərini həyata keçirir. Dünya azərbaycanlılarının üçüncü qurultayı isə yüksək səviyyədə keçirildi. Dövlət siyasətinin təminatını aldıq. Görülən işlərin istiqamətini bilirik ki, hansı istiqamətdə biz hərəkət eləməliyik. Qurultay öncəsi və sonrası dövlət orqanlarının bizim fəaliyyətimizlə yaxından maraqlanmaları bir daha onu sübut edir ki, Azərbaycan hökuməti diaspor quruculuğuna ciddi önəm verir. Biz də dövlətimizin bizə göstərdiyi diqqət və qayğını hiss edirik. Fəaliyyətimizin hər anında Azərbaycan dövlətinin dayağını görürük. Qurultay barəsində onu da qeyd edim ki, bu qurultay bizim gücümüzə güc qatdı. Diaspor təşkilatları olaraq bir amal uğrunda vuruşub xalqımızın birliyini təmin etməyimizin qarşımızda əsas prioritet olduğu müəyyən oldu. Diaspor Komitəsində də aktivləşmə hiss olundu. Komitənin daimi bizimlə əlaqədə olması da işimizə töhfə verir. Prezident İlham Əliyevin yenidən Əlaqələndirmə Şurasının sədri seçilməsi diaspor təşkilatlarına əlaqə güc, qüvvə verir.


- Diaspora fəaliyyətində müəyyən çatışmamazlıqlar var. Sizcə bu nə ilə bağlıdır?


- Müəyyən çatışmamazlıqlar var. Bu da Azərbaycan diasporunun yeni qurulan sistem olması ilə əlaqədardır. Boşluqlar var. Ancaq bütün bunlara baxmayaraq onu deyim ki, Azərbaycan diasporu 5 ildə uğurlu fəaliyyəti davam etsə ermənilərin 200 illik diaspora fəaliyyətini məhv edəcək. Çünki onların qurduğu siyasət, onların diasporası yalan üzərində qurulub. Ancaq biz həqiqəti deyirik. Biz bu gün dünyanın qəbul etdiyi xəritəni, dünyanın qəbul etdiyi coğrafiyanın üstündə dururuq. Azərbaycan nə qədər qədim xalq olmasını dünyaya göstəririk. Biz Azərbaycanın dünya üçün nə qədər lazımlı xalq olduğunu ortaya qoyuruq. Əfsuslar olsun ki, bizim diasporamız olmadığı bir vaxtda ermənilər boş durmayıb. Tam bizim əleyhimizə kompaniya aparıblar. Bunun qarşısını almaq üçün, erməni yalanlarını ifşa etmək üçün tək dövlətimiz yox bütün vətəndaşlar bu istiqamətdə iş aparmalıdır. Hamılıqla bu kimi yalanları dünya ictimayyətinin beynindən çıxarmalıyıq. Onlara bütün tarixi gerçəklikləri olduğu kimi deməliyik. Sonda onu qeyd edim ki harada yaşamağımızdan asılı olmayaraq bizim döyünən ürəyimiz Azərbaycandır.


ƏLMANİZ ƏLƏKBƏRLİ, Şərqi Avropa ölkələri və Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə