Zirəddin Rzayev: \"Bundan sonra Azərbaycanla bağlı heç bir proqnoz verməyəcəyəm\" - AÇIQLAMA
Moskvada fəaliyyət göstərən Azərbaycanlı ekstrasens Zirəddin Rzayev Rusiya telekanallarının birində Azərbaycanla bağlı proqnoz verməkdən imtina edərək: "Bundan sonra Azərbaycanla bağlı heç bir proqnoz verməyəcəyəm", - demişdi. Amma sonradan Zirəddin ölkəmizlə əlaqədar bəzi proqnozlar verdi.
SİA-ya "Facebook" vasitəsilə cavab verən Zirəddin Rzayev ölkəmizlə bağlı niyə proqnoz vermək istəmədiyinin səbəbini açıqladı: "Ona görə ki, mənim haqqımda çox böyük böhtanlar yazılıb. Əsas odur ki, həmin qəzetlər, informasiya agentlikləri ciddi deyil. Həmin jurnalistlər tanınmış mətbuatda deyillər. Çox təəssüf ki, Azərbaycanda mətbuat adından çirkin işlər görənlər var. Onlar mənim adımdan böyük yalanlar uydurdular. O məqaləni oxuyan savadlı insanlar belə həmin məqalənin, müsahibənin uydurma olduğunu anlaya bilərlər. Yazırlar ki, "Deyilənlərə görə, Zirəddin filankəsə bunu dedi ...". Mənim adımdan demədiyim şeyləri yazırlar. Bəzən özüm də bilmədiyim mövzu barədə mənim adımdan proqnoz yazırlar. Yazıların mənbəyi, kökü olmur. Faktsız yazırlar. Yazırdılar ki, guya mən son zəng günü terror aktının baş verəcəyini demişdim, olmadı. Guya mən Nostradamusu bəyənmirəm. Halbuki, o, ən çox hörmət etdiyim şəxsiyyətlərdən biridir. Nostradamusu alim, mütəfəkkir, filosof kimi qəbul edir və ona yaxşı mənada həsəd aparıram. Belə yalan proqnozlar, çirkin iftiralar məni diksindirdi. Azərbaycanda fəaliyyət göstərən bəzi "müxbirlər" məni ehtiyatlı olmağa vadar edir. Ona görə də mən qərar verdim ki, heç kimə proqnoz verməyim. Düzdür, bəzi dostlar, qardaşlar, hörmət etdiyim mətbuat nümayəndələrilə əməkdaşlıq edirəm. Onlarla gördüklərimi, bildiklərimi bölüşürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB