Bu gün Azərbaycanda müqəddəs Ramazan ayı başladı. Qeyd edək ki, hicri təqvimi ilə 1432-ci il Ramazan ayının 1-i miladi təqvimlə 2011-ci il avqustun 1-nə təsadüf edir.
Qafqaz Müsəlmanlar İdarəsindən SİA-ya verilən məlumata görə, Ramazan ayı 29, yaxud 30 gün olacaq. Ramazan ayı başa çatdıqdan sonra Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Ramazan orucundan sonra Şəvval ayında da orucu davam etdirərək, 6 gün oruc tutmağımızı buyurmuşdur. Bu oruc barədə məşhur hədis rəvayətçiləri belə deyir. Kim Ramazan ayını oruc tutarsa, sonra ardınca Şəvvaldan altı gün oruc tutarsa, sanki il boyu (ömür boyu) oruc tutmuş sayılar.
Bəs orucu necə tutmalı?
Ağıllı, yetkinlik yaşına çatmış, oruc tutmasına əngəl olmayan hər bir müsəlman oruc tutmalıdır.
Oruc niyyət edib, dan yeri ağarandan (imsaqdan etibarən) Günəş batıncayadək Allah rizası üçün yeməmək, içmək və şəhvət doğuran işlərdən uzaq durmaq deməkdir.
Oruc Qurani - Kərimdə və Sünnətdə müsəlmanlar qarşısında qoyulan müqəddəs tələbdir. Ramazan orucunu tutmağın fərz olması üçün müsəlman olmaqla yanaşı, yetkinlik yaşına çatmaq da şərtdir.
Oruc tutduğu müddətdə müsəlman yeməkdən və sudan imtina etməli, həmçinin dilinə, qəlbinə yalan və böhtan gətirməməlidir. Gün batandan sonra oruc iftar süfrəsi ilə açılır. İftar süfrəsini məscidlərdə açmaq və təamların inanclı adamlar tərəfindən hazırlanması savab hesab edilir. Orucluq vaxtı təsadüfən su udmaq və gözlənilmədən olan digər hərəkətlər orucluğu pozmur. Ancaq siqaret çəkmək yasaq hesab edilir. Oruc tutmaqdan hamilə və ruhi xəstələr, yetkinlik yaşına çatmayan uşaqlar azaddırlar. Həmçinin digər xəstələr - səyahətdə olanlar, uşaq əmizdirən qadınlar da oruc tutmaya bilərlər. Bununla belə, qocalar, səhhətində problem olanlar da Orucluqdan azaddırlar. Həmin insanlar Orucluq bitənə kimi kasıb-fəqiri doydurmaları ilə savab qazanmalıdırlar. Əgər oruc tutan şəxs orucunu pozursa, həmin günün əvəzində bir başqa gün oruc tutmalıdır. Ramazan günlərində əl tutmaq savab əməl sayılır. Bu müqəddəs günlərdə dua edib yaxşı əməllərlə məşğul olan müsəlmanların günahından Allah keçər.
Fiziki baxımdan qüvvəsiz, taqətsiz, xəstə olanlar hər oruc günü üçün fidyə verməlidirlər. Fidyə bir gün ərzində səhər və axşam yeməyi zamanı bir acın qarnını doydurmaq deməkdir. Əgər bu şəxsin fidyə verməyə maddi gücü çatmırsa, o, Allaha dua və səcdə edərsə, yetər. Belə insanlar sonradan özlərində qüvvə toplaya bilərlərsə, fidyə vermiş olsalar belə, qəza oruclarını tutmalıdırlar.
Xəstəliyə dair hədislərdən birində buyrulur: \"Ya Rəsulallah, gözlərim ağrıyır, ona görə də oruclu olsam da, gözlərimə sürmə çəkirəm. Bu orucumu batil edirmi? Məhəmməd salavatullah deyir \"Xeyr, sağlamlığının qayğısına qal\" cavabını verir.
Yay aylarında oruc tutmaq üçün nə etmək lazımdır?
Ramazan ayı yay fəslinə təsadüf etdiyinə görə orqanizmi əvvəlcədən hazırlamaq lazım idi. Oruc açıldıqdan sonra çoxlu sayda su içmək məsləhət görülür. Suya müxtəlif meyvələr qatmaqla içmək daha faydalı ola bilər. Bu orqanizmin itirdiyi mayeni bərpa edər, orqanizm sabahkı günə hazırlanar.
Oruc tutanların səhər yeməyi yemələri vacibdir. Daha çox sulu yeməklərə həvəs göstərilməli, qatıq, kefir, ayran, ağartı məhsullarından istifadə olunmalıdır. Çayı, qəhvəni azaltmaq lazımdır. Çünki çay və qəhvə orqanizmdən daha çox mayenin çıxmasına səbəb olur. İsti yay günləri olmasına baxmayaraq hər gün ən azı 45-60 dəqiqə piyada gəzmək lazımdır. Bununla orqanizm möhkəmlənmiş, daha dözümlü olur. İftardan 2 saat sonra yarım saatlıq gəzinti orqanizmdə maddələr mübadiləsinin normallaşmasına kömək edir.
Yay ayında tutulan orucun savabı daha böyükdür. Allah-təala buyurub ki, oruc mənim üçündür və mən də onun mükafatını Allah dərgahında xüsusi olaraq verəcəm. Yayda tutulan orucun savabı ona görə böyük hesab olunur ki, Allah isti havalarda öz bəndəsinin səbrini bir daha sınağa çəkir, onu dözümlü olmağa çağırır. Yəni böyük savab bəndəyə böyük nəfsinə qalib gəldiyinə görə verilir".
Oruc ən gözəl müalicə vasitəsidir
Hətta qeyri-müsəlman tibb alimləri də orucun ən yaxşı dərman olduğunu deyirlər.
Məşhur rus alimlərindən biri isə bildirib. Oruc tibb elminin qarşısında yeni yollar açır.
Həzrəti İmam Sadiq (əleyhis salam) buyurub: "Hər bir şeyin zəkatı vardır, bədənin də zəkatı, oruc tutmaqdır".
Həzrət Məhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alih) bir hədisində isə buyrulur: "Oruc tutun ki, sağlam olasınız".
Ramazan ayının son günündə isə fitrə bayramı başlayacaq. Fitrədə isə hər bir müsəlmanın evindən fitrə çıxmalıdır. Bu müqəddəs günlərdə əzizlərini itirənlərə isə onların qəbirlərini ziyarət etmələri tövsiyə olunur\".
Yeri gəlmişkən onu da deyək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu il avqustun 30 və 31-i Ramazan bayramı ilə əlaqədar qeyri-iş günü olacaq.
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



