Avqust da isti olacaq
Avqust ayında havanın orta aylıq temperaturu iqlim normasından artıq olacaq. Bəzi günlərdə havanın hərarəti yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bu ay respublika ərazisində yağıntının miqdarı iqlim şəraitinə uyğun olacaq, ancaq bəzi ərazilərdə qeyri-bərabər paylandığı üçün normanı keçəcək.

Avqust ayının birinci dekadasında cənub küləyinin güclənməsi nəticəsində havanın hərarəti aşağı enəcək ki, bu da ay ərzində havanın hərarətini iqlim şəraitinə uyğun edəcək.

Bakı və Abşeron yarımadasında orta aylıq temperatur 27-28 dərəcə təşkil edəcək ki, bu da normadan bir-iki dərəcə artıqdır. Gündüz saatlarında havanın temperaturu 30-35, ayrı-ayrı günlərdə 38-40 dərəcə təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə saatlarında temperatur 18-23, gündüz 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 38-42 dərəcəyə çatacaq.

Oxşar hava şəraiti ölkənin digər ərazilərində də müşahidə olunacaq. Aran rayonlarında bəzi günlərdə istilik 40-42 dərəcəyə çatacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com