Avqust ayına olan hava proqnozu

Avqust ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Ay ərzində yağıntıların respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ortalarında arabir güclənən şimal küləyinin üstünlüyü temperaturun ötən günlərə nisbətən aağı enəcəyinə və norma daxilində olmasına səbəb olacaq.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 27-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Gecələr 19-24, gündüzlər 30-35 dərəcə isti olacağı ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə