“Təcili tibbi yardım” xidməti üçün Bakıya “EC 135T2” tipli helikopterlər gətiriləcək

“Təcili tibbi yardım” xidməti üçün Bakıya “EC 135T2” tipli helikopterlər gətiriləcək

"Təcili tibbi yardım" xidməti üçün Bakıya "EC 135T2" tipli helikopterlər gətiriləcək. SİA-nın məlumatına görə, ötən ilin birinci yarısında "Azərbaycan Hava Yolları" QSC və "Eurocopter" şirkəti arasında hava nəqliyyatı vasitəsilə "Təcili tibbi yardım" xidmətlərinin həyata keçirilməsi məqsədilə iki "EC 135T2" tipli helikopterin alınması ilə bağlı razılıq əldə edilib və müvafiq sənədlər imzalanıb.

Qeyd edək ki, helikopterlərin sentyabr-oktyabr aylarında Bakıya gətirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə