Bakıda “Jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təlimlər başa çatıb

Bakıda “Jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təlimlər başa çatıb
Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Jurnalistlər Federasiyası, Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı və "Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası"nın birgə təşkilatçılığı ilə keçirilən "Jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi" mövzusunda seminar-təlimlər iyulun 30-da başa çatıb. SİA-nın məlumatına görə, təlimləri Beynəlxalq Jurnalistlər Federasiyasının əməkdaşları, britaniyalı mütəxəssislər Devid Bevan və Adrien Kollin aparıblar.
Avropa Komissiyası Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən "Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan" layihəsi çərçivəsində baş tutmuş tədbirdə ölkənin aparıcı media qurumlarından 16 jurnalist iştirak edib.
Seminarda "Şəxsi təhlükəsizlik", "Yol-nəqliyyat hadisələri", "Girov götürülmələr və oğurlanmalar", "Praktiki ssenari" mövzuları müzakirə olunmuş, müxtəlif əməli tapşırıqlar yerinə yetirilib.
Beynəlxalq ekspertlər jurnalistləri maraqlandıran sualları cavablandırıb, onların təlim müddətində qazandıqları bilikləri qiymətləndiriblər.
Sonda təlim iştirakçılarına sertifikat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə