Sabah hava proqnozu necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakıda və Abşeron yarımadasında cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 24-29 dərəcə, gündüz 36-40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.


İyulun 31-də Azərbaycanın rayonlarındahava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz bəzi dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 38-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 18-23 dərəcə, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

Avqust ayının 03-dək ölkə ərazisində kəskin isti hava şəraiti davam edəcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40 dərəcəyə, yarımadanın bəzi yerlərində 42 dərəcəyədək yüksələcəyi, Aran rayonlarında və Naxçıvan MR-da 38-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlıq rayonlarda 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com