Rayonlarda pensiyaların gecikməsinin səbəbi məlum oldu

Rayonlarda pensiyaların gecikməsinin səbəbi məlum oldu
Xəbər verdiyimiz kimi, respublikanın bölgələrində yaşayan əmək pensiyaçıları təqaüdlərini hələ ala bilməyiblər. Məsələ ilə bağlı ötən gün Dövlət Sosial Müdafiə Fonduna müraciət etsək də, fondun telefonlarına cavab verən olmadığı üçün problemin səbəbini öyrənə bilməmişdik. Nəhayət Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə yarada bildik. E.Babayev bildirdi ki, pensiyaların gecikməsinə səbəb inkassasiya problemi olub: "Artıq bütün rayonların pensiyaları hesablanıb və cümə günü maliyyə açılaraq pul hesaba oturdulub. Şənbə-bazar gününə düşdüyü üçün pul pensiyaçıların hesabına köçürülməyib. Ancaq bazar ertəsi pensiyaların verilişinə başlanılacaq. Qeyd edim ki, artıq Bakı, Abşeron, Sumqayıt pensiyaçıları pensiyaların alıblar".


Bütün xəbərlər Facebook səhifəmizdə