Nizami Cəfərov: “İndiyə qədər Türkiyə Ermənistana müəyyən şanslar verib” - MÜNASİBƏT

Nizami Cəfərov: “İndiyə qədər Türkiyə Ermənistana müəyyən şanslar verib” - MÜNASİBƏT

"Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı aparılan danışıqlar ölkələrimizin münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bir daha nümayiş etdirdi. Bu münasibətlər yüksələn xətlə inkişaf edir". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin komitə sədri, Azərbaycan – Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Nizami Cəfərov bildirib. N.Cəfərov deyib ki, iki dövləti dərin tarixi köklər bir birinə bağlayır. Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Türkiyə strateji müttəfiqlərdir və bu amil münasibətlərin inkişafında vacib rol oynayır.

"Maraqlı cəhətlərdən biri o oldu ki, bu səfər Ermənistan prezidentinin yeni iddialarının meydana çıxdığı bir zamana təsadüf etdi və bu iddialara Bakıda cavab verildi. İndiyə qədər Türkiyə Ermənistana müəyyən şanslar verib. Hətta sərhədlərin açılması ilə bağlı geniş müzakirələr də aparılmışdı. Yaxşı oldu ki, S.Sarkisyanın şəxsində Ermənistanın mövqeyi, iddiaları açıqlandı və məlum oldu ki, ermənilər hələ də xəyallarla yaşayır və buna görə də, onlara heç bir şans vermək mümkün deyil"- deyə N.Cəfərov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə