Bu gün hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Gün ərzində cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 36-40 dərəcə. Abşeron çimərliklərində dəniz suyunun temperaturu isə 28-29 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə