Bölgələrdə yaşayan təqaüdçülərın pensiyası niyə verilmir?

Bölgələrdə yaşayan təqaüdçülərın pensiyası niyə verilmir?
Əmək pensiyalarının artırılmasından sonra pensiyaçılar səbirsizliklə yeni qaydalarla verilən pensiyalarını gözləyirdi. Nəhayət paytaxtda qeydiyyatda olan pensiyaçılar yeni qaydalarla pensiyaların aldılar. Ancaq rayonda yaşayanların gözü hələ də yoldadır. SİA-ya daxil olan məlumata görə, bölgələrdə yaşayan əmək pensiyaçıları hər gün pensiya almaq ümidi ilə bankomatlara yollansalar da balanslarında 0 rəqəminİ görüb kor-peşman geri qayıdırlar. Ayın sonuna isə sayılı günlər qalır. Gecikmənin səbəbini bilməyən pensiyaçıların narahatlığına aydınlıq gətirmək məqsədilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Ancaq fondun nə mətbuat xidmətindən, nə də ki, operativ işlədiyi bildirilən "190" nömrəli telefon məlumat xidmətindən zənglərə cavab verən olmadı. İndi pensiyaçılar kimi bizi də bu sual düşündürür. Görəsən bölgələrdə yaşayan pensiyaçıların pensiyaları nə vaxt veriləcək və gecikmənin səbəbi nədir?

Xatırladaq ki, "Əmək pensiyaları haqqında" Qanuna edilən əlavə və dəyişikliklərlə görə, pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablanaraq, təxminən 845 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə (təqribən 40 faiz) artırılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com