Şəhid Ailələrinə Maddi-Mənəvi Dəstək İctimai Birliyi layihəsini yekunlaşdırıb - TƏDBİR

"Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ehtiyacı olan gənclərin peşə hazırlığının artırılması" layi¬hə¬sinin yekunlarına dair tədbir keçirib.

SİA-ya "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyinin sədri və layihənin direktoru Nəzakət Həsənova bildirib ki, 4 ay həyata keçirilən layihə çərçivəsində Bakı şəhərində yaşayan şəhid, əlil, qaçqın ailələrinin və valideyn himayəsindən məhrum olunmuş yeniyetmələrə kompyuter, bərbər (kişi-qadın) və dərziçilik peşələri üzrə təlim kursları keçirilib. Kurslarda ümumi 90 nəfərin iştirak etdiyini bildirən N.Həsənova onu da bildirib ki, "Ehtiyacı olan gənclərin peşə hazırlığının artırılması" layi¬hə¬sində kurslara 40 nəfərin cəlb olunması nəzərdə tutulub. 50 nəfərin kurslara cəlb olunması isə təşkilatın daxili imkanları hesabına həyata keçirilib.

Layihə rəhbəri onu da bildirib ki, ŞAMMD İB-nə çoxsaylı müraciətləri dəyərləndirən təşkilatın idarə heyəti 50 nəfərin kurslara cəlb olunması yönündə qərar qəbul edib. Ümumilikdə layihə çərçivəsində 56 nəfərin kompyuter ixtisası üzrə, 23 nəfərin bərbər peşəsi, 11 nəfər isə dərzi peşəsi üzrə kursları bitirib.

Sonra kompuyter, bərbər və dərziçilik kurslarını bitirən tələbələrə ixtisasları üzrə Şəhadətnamələrin təqdimat mərasimi keçirilib.

Tədbirdə iştirak edən qonaqlar və Qeyri Hökumət Təşkilatlarının rəhbərlərindən Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Röşən Ağamalıyev,

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Oruc, Qarabağ Müharibəsi əlilləri və veteranları ictimai birliyinin sədri Novrəstə Yusifova və valiyideyinlər çıxış edərək şəhid, əlil, qaçqın ailələrinin və valideyn himayəsindən məhrum olunmuş yeniyetmələrə kompyuter, bərbər (kişi-qadın) və dərziçilik peşələri üzrə təlim kursları təkil etdiyləri üçün "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə təşkkürlərini bildirdilər.


\"\"


Bütün xəbərlər Facebook səhifəmizdə