“Azəriqaz” İstehsalat Birliyində yeni texnologiyalar tətbiq edilir

“Azəriqaz” İstehsalat Birliyində yeni texnologiyalar tətbiq edilir

"Azəriqaz" İB-də qaz təminatının yaxşılaşdırılması, şəbəkənin yenidən qurulması ilə yanaşı müasir texnologiyaların tətbiqi sahəsində xeyli uğurlara nail olunub". Bu barədə SİA-ya qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müxbiri Tahir Kazımov məlumat verib.

"Bakı və Abşeron rayonunun qaz təchizatı sisteminin yenidən qurulması layihəsi üzrə yeni şəbəkənin planlaşdırılması, hesablanması və mərkəzləşdirilən idarəetmə sisteminin (dispetçer) yaradılması işləri ilə əlaqədar ayrı- ayrı rayonların ərazilərində yerləşən yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərlərinin ArcGis proqram təminatında elektron məlumatlar bazası yaradılır. Artıq bu sahədə Xətai, Suraxanı, Xəzər, Nizami, Nərimanov, Nəsimi rayonları üzrə işlər başa çatdırılıb və bazanın şəbəkə məlumatları ilə tamamlanması işləri davam etdirilir",- deyə T. Kazımov əlavə edib.

Tahir Kazımov onu da bildirib ki, hazırda bu işlər Yasamal rayonunda aparılır: "Yeni tətbiq olunan bu sistem vasitəsi ilə hər bir rayon üzrə elektron xəritə yaradır ki, bununla da ərazi situasiyaları və ərazidaxili plana alma elementləri vektorizasiya edilir, ərazidə yerləşən obyektlərin ünvan və xüsusiyyətləri təyin olunur, yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərləri müasir elektron ölçmə cihazları vasitəsi ilə axtarılır, ölçülür, plana alınır və elektron xəritənin üzərinə salınır. Nəticədə rayonlar üzrə mövcud qazpaylayıcı şəbəkənin mükəmməl vizualizasiyası reallaşır və texnoloji sxeminin coğrafi məkan məlumatları ilə əlaqəli analizlərinin aparılması mümkün olur".

Bütün xəbərlər Facebook səhifəmizdə