“Bonjus” və “Lili” sərinləşdirici içkiləri təhlükəlidir

“Bonjus” və “Lili” sərinləşdirici içkiləri təhlükəlidir
Məlumat verildiyi kimi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 50 ünvanında "Cem Ltd" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Bonjus" və "Lili" əmtəə nişanlı aromatlaşdırılmış sərinləşdirici içkilərin müvafiq reseptura olmadan istehsal edilməsi, "Lili" əmtəə nişanlı sərinləşdirici içkilərin etiketində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin göstərilməməsi, habelə "Bonjus" əmtəə nişanlı sərinləşdirici içkilərin etiketlərində saxlama temperaturunun və qida dəyərində üzvi turşuların miqdarının qeyd edilməməsi səbəbindən "Cem Ltd" MMC barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə "Cem Ltd" MMC-yə 7,6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə