\"Qaz pullarının yığılmasında yenə də problemlər var\"

\"Qaz pullarının yığılmasında yenə də problemlər var\"

Bu gün "Azəriqaz" İstehsalat Birliyində növbəti "Açıq mətbuat saatı" keçirilib. SİA-nın məlumatına görə, bugünkü mövzu ictimaiyyətlə əlaqələr şöbəsinin iş fəaliyyəti haqqında olub.

Bu gün daxil olan zəngləri "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı cavablandırıb.

Açıq mətbuat saatı ərzində Xətai, Salyan, Binəqədi və digər ərazilərdən şikayətlər telefon zəngi vasitəsi ilə qismən də olsa aradan qaldırılıb.

K. Eyvazlı onu da bildirib ki, hazırda qazdan istifadəyə görə Azərbaycanda 1 milyon 310 min 649 abonent var: "Onlardan 1 milyon 304 min 535 nəfəri sayğaclarla təmin olunub ki, bu da 99,53 % təşkil edir. Həmin istifadəçilərdən 173 min 982 nəfəri isə smart tipli sayğaclarla təmin olunub ki, bu da 13,34 % həcmindədir".

Mətbuat xidmətinin rəhbəri onu da vurğulayıb ki, ən çox şikayətlər Xətai, Binəqədi, Sabunçu, Xəzər və digər rayonlardan olur: "Həmin şikayətlərdə qaz təzyiqinin aşağı olması ilə bağlı müraciətlər gəlirdisə, son zamanlar daha çox yeni smart tipli sayğacların quraşdırılması ilə bağlı olur.

Kamandar onu da qeyd edib ki, sentyabr ayından açıq mətbaut saatının əhali ilə birbaşa şəkildə aparılacaq.

Qaz pullarının yığılmasında 20 % artım müşahidə olunur deyən K. Eyvazlı bildirib ki, bu məsələ ilə bağlı yenə də problemlər qalmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə