Əli Həsənov: “2010-cu ildə bütün sahələr üzrə Azərbaycan dünyada ilin dövləti olub”

Əli Həsənov: “2010-cu ildə bütün sahələr üzrə Azərbaycan dünyada ilin dövləti olub”

"2011-ci ildə Azərbaycanın dövlət büdcəsi 20 milyard dollara - rekord həddə çatıb. 7 il bundan əvvəl Azərbaycanın dövlət büdcəsi 1,4 milyard dollar idi". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov \"The Business Year\" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2010-cu ildə bütün sahələr üzrə Azərbaycan dünyada ilin dövləti olub: "Buna görə də \"The Business Year\" 2011-ci ildə xüsusi buraxılışını Azərbaycana həsr edib. Bu jurnalın xüsusi buraxılışının həsr olunduğu ölkə həmin il biznes partnyoru və iqtisadi partnyor kimi ciddi uğurlar əldə etmiş dövlət olaraq təbliğ olunur və yüz minlərlə tirajla çıxan bu jurnal dünyanın ən populyar biznes mühitlərində yayılır.

Azərbaycan Prezidenti İlham Əliyevin son 5 ildə yazılı mətbuata belə geniş müsahibə vermədiyini bildirən Ə.Həsənov deyib ki, Prezidentin yazılı mətbuatda ilk dəfə bu jurnala müsahibə verməsi onun \"The Business Year\" jurnalının fəaliyyətinə yüksək qiymət verməsindən irəli gəlir: "Jurnalda Azərbaycana dost və qonşu dövlətlərin başçıları ölkəmiz haqqında rəylər söyləyiblər. Bunlardan Rusiya Prezidenti Dmitri Medvedev, Gürcüstan Prezidenti Mixail Saakaşvili, İsveçrənin Baş naziri və digər nüfuzlu şəxsləri göstərmək olar. Bu jurnal Azərbaycan haqqında ingilis dilində çox gözəl bir mənbə rolunu oynayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə