“İRƏLİ” Gənclik Mərkəzində “Beynəlxalq Hepatitlə Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilib - FOTO
İyulun 28-də "İRƏLİ" Gənclik Mərkəzində "Beynəlxalq Hepatitlə Mübarizə Günü"nə həsr olunmuş tədbirlər keçirilib.
"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, ilk öncə, saat 16:00-da 70 nəfər gəncin iştirakı ilə "Azərbaycanlı Həkimlər və Təbib Tələbələr" İctimai Birliyinin sədriVüqar Yaqublu tərəfindən "Virus hepatitlərinə yoluxmanın profilaktikası" mövzusunda maarifləndirici seminar keçirilib.
Daha sonra paytaxtın mərkəzi küçələrində hepatitə yoluxma və qorunma yollarını özündə əks etdirən 1000 ədəd buklet şəhər sakinlərinə paylanılıb. Saat 18:00-da isə Natəvan heykəlinin qarşısında "Mən 12-ci deyiləm" şüarı altında flashmob aksiya keçirilib.
Sonda qeyd edək ki, hepatit-günümüzün aktual problemlərindən biridir. Hepatit B və C virusları birlikdə qlobal sağlamlığı təhdid edən və hər il dünyada 1 milyon insanın həyatına son qoyan ən böyük təhlükədir. Dünyada hər 12 nəfərdən biri xroniki Hepatit B və ya C xəstəliyi ilə yaşayır. Bu insanların çoxu xəstəliyin heç bir əlamətini hiss etmir və başqalarını yoluxdura bilirlər. Virus yoxlanılmamış qanın köçürülməsindən, qeyri-steril tibbi alətlərdən, şprislərin, ülgüc və diş fırçasının müştərək istifadəsindən, cinsi əlaqə ilə, anadan doğuş zamanı uşağa keçə bilər.
Əgər vaxtında müalicə olunmazsa, bu xərçəngtörədən viruslar ölümə səbəb ola bilir. Müayinədən keçmə bu ölümcül xəstəliyin növbəti qurbanı olmaqdan qaçmağın əsas yoludur.
"İRƏLİ" İctimai Birliyi daima gənclərin sağlamlığına yönəlmiş tədbirlər həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB