Saxlama müddəti ötmüş ərzaq malları satışdan çıxarılıb

Saxlama müddəti ötmüş ərzaq malları satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı yenə yararsız mallar aşkarlanıb. Qurumdan SİA-ya verilən məlumata görə, Bakının Nəsimi rayonunda Cavadxan küçəsində yerləşən "Sarı market"də, "Qardaşlar market"də və Hüseyn Yəhyayevə məxsus mağazada;

A.Məhərrəmov küçəsi, ev 23 ünvanında Rza Rayiyə məxsus mağazada; 20 Yanvar küçəsi, ev 15C ünvanında yerləşən "Sizin market"də;

H.Əliyev küçəsi, 2-ci mikrorayon, ev 15 ünvanındakı "Konti" marketdə;

Azadlıq prospekti, ev 95 ünvanında yerləşən "Universal super market"də;

Nərimanov rayonunda Y.V.Çəmənzəminli küçəsində yerləşən "Məhəllə market"də və "Nihad market"də;

C.Hacıbəyli küçəsi, ev 24, mənzil 11A ünvanında Akif Məmmədova məxsus mağazada;

Təbriz küçəsi, ev 108, mənzil 3 ünvanındakı "Leyla market"də;

Binəqədi rayonunda İ.Dadaşov küçəsi, 3065-ci məhəllə ünvanında Nazirə Əmiraslanovaya məxsus mağazada;

Qusar rayonunda Quxuroba kəndində Azər Şəkixanova məxsus mağazada;

Kürdəmir rayonunda H.Əliyev prospektində yerləşən "Sərin market"də və Akif Cəbrayılova məxsus mağazada;

Füzuli rayonunda Bala Bəhmənli kəndində yerləşən Rahil Əliyevə məxsus marketdə;

Şirvan şəhərində M.Ə.Rəsulzadə küçəsində yerləşən Elşad Gülmalıyevə məxsus mağazada;

Sabirabad rayonunda H.Əliyev prospektində yerləşən Azər Əbilova və Əli Ağaşirinova məxsus mağazalarda;

Gəncə şəhərində N.Nərimanov prospekti, ev 420a ünvanında Kamil Mahmudova məxsus mağazada;

Samux rayonunda Qarayeri qəsəbəsində ünvanında Eldar Məmmədova məxsus mağazada yararsız mallar aşkarlanıb. Ümumi çəkisi 570 kq-dan çox saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com