Rəcəb Tayyib Ərdoğan Bakıda “Rəcəb Tayyib Ərdoğan”nın müəllifi ilə görüşüb
Türkiyənin Baş naziri Bakıya səfəri zamanı ölkəsinin səfirliyində "Rəcəb Tayyib Ərdoğan" kitabının müəllifi jurnalist Hacı Nərimanoğlu ilə görüşüb. SİA-nın məlumatına görə, baş nazir dost və qardaş Azərbaycanda onun ömür yolundan, siyasi fəaliyyətindən, bütün sahələrdə genişlənməkdə olan Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edən nəfis tərtibatlı kitabın nəşrindən məmnunluğunu söyləmiş, müəllifə təşəkkürünü bildirib.
H.Nərimanoğlu yurdsuzluq ağrı-acılarının ifadəsi olan "Qubadlısız 16 il" kitabını da Baş nazirə təqdim etmiş, Azərbaycan xalqının Qarabağ münaqişəsinin həllində Türkiyə Cümhuriyyətindən daha böyük dəstək gözlədiyini vurğulayıb.
Baş nazir Rəcəb Tayyib Ərdoğan müəllifin hədiyyə etdiyi kitabları oxuyacağını,
şəxsi kitabxanasında əziz xatirə kimi saxlayacağını bildirib. Yurd-yuvasından
ayrı düşmüş insanların ağrı-acılarını yaxşı anladığını deyən Baş nazir
vurğulayıb ki, Türkiyə bundan sonra da hər zaman Azərbaycanın yanında
olacaq.
Rəcəb Tayyib Ərdoğan hər ailədə 3 uşaq görmək istəyinin eynilə Azərbaycana da
aid olduğunu diqqətə çatdıraraq, bu öyüdünün ailə həyatı quran gənclərə
çatdırılmasını istəyib.
Qeyd edək ki, Ərdoğan H.Nərimanoğlunu şəxsi qonağı kimi Türkiyəyə dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB